Kolbasa məmulatlarının istehsalı artıb

2023.06.23 10:11 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 10 920,6 ton kolbasa məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 10,8 faiz və ya 1 065,8 ton çoxdur.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin aprel ayı ilə müqayisədə mayda artım 38,5 faiz və ya 633,5 ton təşkil edib.

May ayında 2 279,5 ton kolbasa məmulatları istehsal olunub. İyun ayının 1-nə hazır məhsul ehtiyatı 31,6 ton təşkil edib.