Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

2023.06.22 14:10 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3575,8 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz çoxdur.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 56,7 faizi neft məhsulları olub.

Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4159,4 min tonunu və ya 82,2 faizini tranzit yüklər təşkil edib.

2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı isə 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5 faiz artaraq 8,6 min nəfər təşkil edib.