15,6 milyon ABŞ dolları dəyərində sement ixrac edilib

2023.06.21 17:21 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan 15,6 milyon ABŞ dolları dəyərində 282 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 6,09 milyon dollar və ya 63,6 faiz, həcm baxımından isə 51,1 min ton və ya 22,1 faiz çoxdur.

Təkcə cari ilin may ayında ölkədən 4,72 milyon dollar dəyərində 81 min ton sement ixrac edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 641,12 min dollar (15,7 faiz), həcm olaraq isə 10,2 min ton (14,5 faiz) çoxdur.

2023-cü ilin ilk beş ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,07 faizə bərabər olub.