Bu ilin yanvar-may aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 273 729,05 min ABŞ dolları və ya 35,1 faiz artaraq 1 052 301,06 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan Çinə 48 640,74 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 32 947,84 min dollar və ya 3,1 dəfə üstələyir.
Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 31,5 faiz və ya 240 781,21 min dollar artaraq 1 003 660,32 min dollara çatıb.
Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 4,58 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,79 faiz bəndi çoxdur.