Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib və 5 aylıq proqnoz 112,6 faiz icra olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Xidməti tərəfindən bu ilin ilk beş ayı ərzində 24 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 135 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək üçün “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-may ayları ərzində 13 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.