Mərkəzi Bank uçot dərəcəsini 9 faiz səviyyəsində saxlayıb

2023.06.21 11:10 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

vergiler.az” AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində saxlanılıb.

Bu qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il iyul ayının 26-da açıqlanacaq.