Bu ilin yanvar-may aylarında ölkədə 1582 ədəd minik avtomobili istehsal olunub.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 68,5 faiz və ya 643 ədəd artıb.
Təkcə may ayı ərzində ölkədə 323 minik avtomobili istehsal olunub. İyun ayının 1-nə hazır məhsul ehtiyatı isə 744 avtomobil təşkil edib.