2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumi dəyəri 796,2 milyon manat olan 1938 müsabiqə əsaslı satınalma keçirilib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, bunlardan 19-u açıq tender, 1050-si elektron açıq tender, 779-u kotirovka sorğusu, 90-ı isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.
Elektron satınalmalar say və məbləğ (367,2 milyon manat) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib.