Bu ilin yanvar-may aylarında ölkədə 327 ədəd traktor istehsal olunub.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə traktor istehsalı 66 faiz və ya 130 ədəd artıb.
May ayında ölkədə 34 traktor istehsal olunub. İyun ayının 1-nə hazır məhsul ehtiyatı 12 traktor təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə ölkədə 588 traktor istehsal olunub.