Xarici ticarətdə 9,2 milyard dollarlıq müsbət saldo yaranıb

2023.06.16 15:57 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 22 953,07 milyon ABŞ dolları təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 401,0 milyon dollar və ya 11,7 faiz çoxdur.

Cari ilin ilk beş ayında ixrac əməliyyatları 16 114,33 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 697,82 milyon dollar (4,5 faiz) çoxdur.

Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 703,18 milyon dollar (33,1 faiz) artaraq 6 838,74 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarətində 9 275,59 milyon dollar məbləğində müsbət saldo yaranıb.