Cari ilin yanvar ayından bu günədək “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 15 kənd və 25 yaşayış massivi qazla təmin olunub.
“vergiler.az” xəbər verir ki, bu barədə İB təmsilçilərinin media və QHT nümayəndələri ilə görüşündə məlumat verilib.
Qeyd olunub ki, hazırda 23 kənd və 19 yaşayış massivində qazlaşma işlər aparılır: “11 kənd və 14 yaşayış massivində qazlaşma ilə bağlı işlər tamamlanmaq üzrədir. Cari ilin sonunadək isə ümumilikdə 59 kəndin və 102 yaşayış massivinin qazlaşması aparılacaq”.