Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib

2023.06.13 16:16 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, məqsəd əməkdaşlığın genişləndirilməsi, torpaq və əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin müzakirəsi idi.

Görüşdə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hazırlanan yeni qanun layihəsi, torpaqların səmərəli istifadəsi, xidmətlərin elektronlaşdırılması, daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşdirilməsi, dövlət əmlakının icarəsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin, ekspertlərin təklifləri dinlənilib.