Bu ilin iyun ayının 24-26-da Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə heyəti Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfər edəcək.
AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, səfər zamanı Agentliyin nümayəndə heyəti Misirin biznes və investisiyalar üzrə aidiyyəti dövlət qurumları, eləcə də bu sahələrdə fəaliyyət göstərən şirkətlərdə görüşlər keçirəcək.
İşgüzar səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Münəvvər Qocayeva;
Tel.: (+994 12) 598-01-47 (daxili – 3667);
E-mail: [email protected].