Bu ilin yanvar-may aylarında Azərbaycanın qaz ixracı 9,6 faiz artaraq 10,3 milyard kubmetr təşkil edib.
“vergiler.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, ixracın 46 faizi (4,8 milyard kubmetri) Avropanın, 42 faizi (4,3 milyard kubmetri) Türkiyənin, 12 faizi (1,2 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 2,4 milyard kubmetr qazla təchiz edib.