Muzdlu işçilərin orta aylıq əməkhaqqı artıb

2023.06.12 16:53 (UTC+04:00)

2023-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və ya 1,9 faiz artaraq 1734,2 min nəfər olub.

vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Cari ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.