S&P Azərbaycanın suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib

2023.06.10 13:27 (UTC+04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib, proqnoz sabitdir.

"vergiler.az" S&P-yə istinadən xəbər verir ki, bu proqnoz gələn il əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir.

Hesabatda Azərbaycanın əhəmiyyətli valyuta ehtiyatları və aşağı xarici dövlət borcu vurğulanır. Dövlət borcunun getdikcə daha da azalması proqnozlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 9 faiz artıb. Yük daşımalarında 13 faiz, sərnişin daşımalarında 34 faiz, İKT sahəsində 15 faiz, qeyri-neft sənayəsində isə 7 faizlik artım qeydə olunub.

Agentliyin analitiklərinə görə, qeyri-neft iqtisadiyyatının artımı növbəti illərdə də davam edəcək.