Bu ilin yanvar-aprel aylarında ölkədə 10 978,5 min dekalitr (dkl) alkoqolsuz içki istehsal edilib.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 30,7 faiz və ya 2 580,4 min dkl artıb.
Cari ilin mart ayı ilə müqayisədə isə apreldə artım 4,2 faiz və ya 140,2 min dkl təşkil edib.
Aprel ayında 3 455,2 min dkl alkoqolsuz içki istehsal olunub. May ayının 1-nə hazır məhsul ehtiyatı isə 571,9 min dkl təşkil edib.