Sloveniya ilə ticarət dövriyyəsi 3 dəfə artıb

2023.06.08 14:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 11 744,71 min ABŞ dolları və ya 3 dəfə artaraq 17 611,02 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Sloveniyaya 3 355,59 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 3 176,05 min dollar və ya 18,6 dəfə üstələyir.

Sloveniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,5 dəfə və ya 8 568,66 min dollar artaraq 17 611,02 min dollar təşkil edib.

Cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sloveniya ilə ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,06 faiz bəndi çoxdur.