Seulda Azərbaycan-Koreya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib

2023.06.07 16:54 (UTC+04:00)

Cənubi Koreyanın Seul şəhərində Azərbaycan və Koreya Hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, iclasda Koreya nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat təqdim edilib.

Tədbir çərçivəsində həmçinin Orta Dəhlizlə daşımaların asanlaşdırılması üçün görülən tədbirlər haqqında danışılıb. Zəngəzur dəhlizinin reallaşdırılmasının regionda sabitliyə və inkişafa öz töhfəsini verəcəyi xüsusilə vurğulanıb.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda tərəflər arasında Protokol imzalanıb.