Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Hindistana 543 045,66 min ABŞ dolları dəyərində 922 967,24 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 71,8 faiz (226 906,86 min dollar), həcm baxımından isə 2,2 dəfədən çox (516 193,69 ton) üstələyir.
Təkcə cari ilin aprelində bu ölkəyə 228 211,04 min dollar dəyərində 400 883,69 ton xam neft məhsulları ixrac edilib ki, bu da mart ayı ilə müqayisədə dəyər ifadəsində 115 285,03 min dollar (2 dəfə), həcm olaraq isə 201 462,61 ton (2 dəfə) çoxdur.