Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Abşeronda sənaye sahəsi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, görüşdə sənaye sahəsindəki biznes subyektlərinin maliyyə əlçatanlığı ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Bununla yanaşı, sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri, o cümlədən, SİF-in güzəştli kredit mexanizmi barədə məlumat verilib.