İqor Yovanoviç: “Azərbaycan “yaşıl” enerji istehsalı üçün böyük potensiala malikdir”

2023.06.06 10:17 (UTC+04:00)

Azərbaycan “yaşıl” enerji, ilk növbədə külək və günəş enerjisi istehsalı üçün böyük və əhəmiyyətli potensiala malikdir.

vergiler.az”a açıqlama verən serbiyalı ekspert, Afrika və Asiya ilə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təsisçisi İqor Yovanoviç deyib ki, hasil edilən “yaşıl” enerjinin Azərbaycandan Avropaya ixrac imkanları yüksəkdir, lakin bu, texnologiya, innovasiya və infrastruktura əhəmiyyətli investisiyalar tələb edir.

“Avropanın “yaşıl” enerji bazarında rəqabətin yüksək olduğuna diqqət yönəldən ekspert Serbiya nümuməsi ilə bağlı qeyd edib ki, dövlət “yaşıl” enerjinin inkişafına və istehsalına böyük sərmayə qoyur, eyni zamanda bu sahəyə sərmayə cəlbini stimullaşdırır. Binaların enerjidən istifadə baxımından səmərəliliyi davamlı iqtisadi, funksional və ekoloji faydalara əsaslanır.

Ölkədə “yaşıl” enerji istehsalı ilə məşğul olan investorlar və şirkətlər üçün çoxlu sayda proqram və fondlar mövcud olduğunu vurğulayan İqor Yovanoviç deyib: “Serbiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq onsuz da güclü olan siyasi və iqtisadi tərəfdaşlığı, hər şeydən əvvəl qardaşlığı daha da gücləndirə bilər”.

Tamilla Məmmədova