Bu ilin yanvar-may ayları ərzində “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 3 013,0 milyon ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 815 milyon dollar və ya 21,3 faiz azdır.
Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi isə illik ifadədə 77,7 faiz və ya 409,217 milyon dollar artaraq 935,754 milyon dollar təşkil edib.
O cümlədən cari ilin ilk beş ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 197,763 milyon dollar əldə olunub ki, bu, 2022-ci ilin yanvar-may aylarının göstəricisinə nisbətdə 36,8 faiz və ya 53,241 milyon dollar çoxdur.