Azərbaycan Cənubi Qafqazın mərkəzi tranzit qovşağına çevrilə bilər

2023.06.02 10:48 (UTC+04:00)

Ölkənin nəqliyyat potensialından danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan həm Qərbi Şərqlə, həm də Şimalı Cənubla birləşdirən Cənubi Qafqazın mərkəzi tranzit qovşağına çevrilə bilər.

vergiler.az”a açıqlama verən belaruslu ekspert Pyotr Petrovski deyib: “Belarus iqtisadiyyatı ixracyönümlüdür. Ölkəmizdə istehsal edilən məhsulların 70 faizdən çoxu xaricə verilir. Ona görə də dənizə çıxışı olmayan bir dövlət olaraq bizim üçün loqistika son dərəcə vacibdir. Bu gün rəsmi Minsk “Şərqə dönüş” edir. Qərb sanksiyalarının tətbiqindən sonra Belarus ixracını sürətlə başqa bazarlara yönəltməyə başlayıb”.

Ekspertin fikrincə, Azərbaycanda tranzit qovşağının yaradılması Belarus tranzitinin imkanlarını davamlı olaraq artırar və müxtəlif nəqliyyat növlərindən malların təkrar yüklənməsini nəzərdə tutan mürəkkəb sxemlərdən imtina etməyə kömək edə bilər.

Tamilla MƏMMƏDOVA