İxracla məşğul olan və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən kadrların “İxrac Akademiyası”nın onlayn təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, İxracatçılar Klubu ilə birgə təşkil olunacaq təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.
Onlayn təlimlərə qatılmaqla bağlı ətraflı məlumatla Agentliyin rəsmi səhifəsindən (https://u.to/I7KzHw ) tanış olmaq olar.