Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 15 951,03 min ABŞ dolları və ya 4,7 faiz artaraq 355 660,97 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Gürcüstana 326 592,79 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 21 251,11 min dollar və ya 6,9 faiz üstələyir.
Gürcüstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,4 faiz və ya 5 300,08 min dollar azalaraq 29 068,18 min dollara çatıb.
Cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,16 faiz bəndi azdır.