Ötən ay pivə istehsalı artıb

2023.05.30 12:13 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 1175,2 min dekalitr (dkl) pivə istehsal olunub.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 8,4 faiz və ya 91,6 min dkl artıb.

Cari ilin mart ayı ilə müqayisədə isə apreldə artım 28,8 faiz və ya 83,5 min dkl təşkil edib. Aprel ayında 373,5 min dkl pivə istehsal olunub. May ayının 1-nə hazır məhsul ehtiyatı isə 239,1 min dkl təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 4683,6 min dkl pivə istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 3,3 faiz azdır.