Polimer məmulatlarının istehsalı layihəsi üzrə güzəştli kredit ayrılıb

2023.05.26 17:13 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən polimer məmulatlarının istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit “Polimer Net Az Company” MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Expressbank” ASC vasitəsilə həyata keçirilib.