Pendir və kəsmik istehsalında müsbət dinamika qeydə alınıb

2023.05.26 11:31 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 17 689,1 ton pendir və kəsmik istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2,1 faiz və ya 372,5 ton artıb.

Cari ilin mart ayı ilə müqayisədə isə apreldə 1,9 faiz və ya 86,4 ton azalma müşahidə olunub. Aprel ayında 4 424,1 ton pendir və kəsmik istehsal olunub. May ayının 1-nə hazır məhsul ehtiyatı isə 40,2 ton təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 51 862,2 ton pendir və kəsmik istehsal olunub.