Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 735,5 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 58,6 faiz çoxdur.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalar 64,8 faiz azalaraq 63,4 min ton olub.