Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 180 378,52 min ABŞ dolları və ya 28,4 faiz artaraq 814 491,06 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Çinə 41 704,06 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 28 142,42 min dollar və ya 3 dəfə üstələyir.
Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24,5 faiz və ya 152 236,1 min dollar artaraq 772 787,0 min dollara çatıb.
Cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 4,55 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,55 faiz bəndi çoxdur.