Azərbaycan ilk dəfə olaraq BNF-in prezidenti seçilib

2023.05.25 14:43 (UTC+04:00)

Almaniyanın Leypsiq şəhərində baş tutan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bununla da Azərbaycan təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı əldə edib. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan 2025-2026-cı illər üçün BNF-in prezidenti seçilməklə 2023-2024-cü illər üçün vitse-prezident, 2024-2025-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək.

Qeyd edək ki, BBF-in 66 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən BNF-in həqiqi üzvüdür.