Şəkər ixracı 23 faiz artıb

2023.05.25 14:28 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədən 12 377,51 min ABŞ dolları dəyərində 17 226,3 ton şəkər ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 3 380,36 min dollar və ya 37,6 faiz, həcm baxımından isə 3 225,85 ton və ya 23 faiz çoxdur.

Cari ilin mart ayına nisbətdə apreldə şəkərin ixrac dəyəri 4,7 faiz (114,74 min dollar) artaraq 2 553,54 min dollar, həcmi isə 5,4 faiz (189,74 ton) artaraq 3 688,61 ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk dörd ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,04 faizə bərabər olub.