Apreldə üzüm şərabının istehsalı 45 faiz artıb

2023.05.25 11:53 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 359,5 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 67,7 faiz və ya 145,2 min dkl artıb.

Cari ilin mart ayı ilə müqayisədə isə apreldə artım 45 faiz və ya 37,1 min dkl təşkil edib.

Aprel ayında 119,5 min dkl şərab istehsal olunub. May ayının 1-nə hazır məhsul ehtiyatı isə 904,7 min dkl təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 943,1 min dkl üzüm şərabı istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 228,7 min dkl və ya 32 faiz çoxdur.