İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatlar barədə müzakirələr aparılıb.
Müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.