Milli ödəniş sistemləri ilə aparılan tranzaksiyaların həcmi 97 milyard manatı ötüb

2023.05.24 09:39 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında milli ödəniş sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 97 435,1 milyon manat, sayı isə 43 194,8 min ədəd təşkil edib.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 71,6 faiz, sayında isə 7,3 faiz artım qeydə alınıb.

Cari ilin mart ayına nisbətdə isə apreldə aparılan əməliyyatların ümumi həcmi 2,8 faiz (1,298.8 milyon manat) azalaraq 44 540,4 milyon manat, sayı isə 4 faiz (455,5 min ədəd) azalaraq 10 833,2 min ədəd təşkil edib.

Qeyd edək ki, cari ilin ilk dörd ayında AZİPS vasitəsilə 592,1 min əməliyyat üzrə 82 312,4 milyon manat, XÖNKS vasitəsilə 42 419,5 min əməliyyat üzrə 14 660,9 milyon manat, AÖS ilə isə 183,2 min əməliyyat üzrə 461,8 milyon manat həcmində ödəniş həyata keçirilib.