Rəqəmsal ödəniş sistemlərinə olan maraq yeni biznes imkanlarının formalaşmasına şərait yaradıb

2023.05.23 17:10 (UTC+04:00)

2022-ci ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2021-ci illə müqayisədə 50% artıb.

Bu fikirləri “azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov “vergiler.az”a açıqlamasında bildirib.

“Vətəndaşların onlayn mağazalar və rəqəmsal ödəniş sistemlərinə olan marağı yeni biznes imkanlarının formalaşmasına da şərait yaradıb. Rəqəmsal platformaların yaranması xidmət sektorunda ciddi dəyişikliklərə yol acıb. Buna misal olaraq qida çatdırılması, onlayn taksi sifarişi və ya beynəlxalq poçt daşıma xidməti kimi yeni bizneslərin daha da artmasını vurğulaya bilərik”, - A.Qədəşov qeyd edib.