İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək

2023.05.23 16:12 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 26 may 2023-cü il tarixində İsmayıllı şəhərində (ünvan: İsmayıllı rayon Mədəniyyət Mərkəzi, İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.