Bu ilin yanvar-aprel ayları ərzində 149 541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisini 76,2 faiz üstələyir.
Hesabat dövründə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə əvvəlki ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 12,1 faiz artaraq 24 769 təşkil edib.