Rusiyanın daha 23 müəssisəsi ölkəmizə məhsul ixrac edəcək

2023.05.23 09:45 (UTC+04:00)

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın heyvandarlıq məhsullarının, həmçinin yem və yem əlavələrinin istehsalı və saxlanması ilə məşğul olan daha 23 müəssisəsinə ixrac hüququ verib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, hazırda Rusiyadan 1100-dən çox təşkilatın Azərbaycan bazarına çıxışı var.

“Rosselxoznadzor” Azərbaycana çatdırılma hüququ olan Rusiya müəssisələrinin siyahısını genişləndirmək üzərində işləri davam etdirir.