Sığorta haqlarının yığımında 30 faizdən çox artım qeydə alınıb

2023.05.22 13:41 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkənin sığorta bazarı üzrə 467 530 min manat sığorta haqları yığılıb ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 108 759 min manat və ya 30,3 faiz üstələyir.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 4 ayı ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği bir il öncəki yanvar-aprel ayına nisbətdə 41 184 min manat və ya 44,1 faiz artaraq 134 602 min manat təşkil edib.