Bu ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 2615,2 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,4 faiz çoxdur.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 57,3 faizi neft məhsulları olub. Dəniz limanları tərəfindən 3757,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3066,6 min tonunu və ya 81,6 faizini tranzit yüklər təşkil edib. 2023-cü il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 124,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı isə 2022-ci ilin müvafiq dövrünə nisbətən 52,3 faiz artaraq 6,7 min nəfər təşkil edib.