Sahibkarlar üçün reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

2023.05.19 17:25 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı, Audiovizual Şuranın nümayəndələrinin iştirakı ilə qida məhsulları, alkoqolsuz içkilər sahəsində, o cümlədən bioloji aktiv qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib.

AİBNDX-dən “vergiler.az”a verilən məlumata görə, Dövlət Xidmətinin nümayəndələri tərəfindən iştirakçıların diqqətinə aidiyyəti sahələr üzrə haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri çatdırılıb, sahibkarların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib.

Tədbir zamanı seminar iştirakçılarının xüsusi ilə bioloji aktiv qida məhsullarının qeydiyyatına, onların içlik vərəqlərinə və sosial şəbəkələrdə reklamlara dair sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.