Bu ilin yanvar-aprel aylarında ölkədə 300,9 milyon manat dəyərində tikinti materialları istehsal edilib.
“vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.
Dövr ərzində tikinti gipsinin istehsalında 2,3 dəfə, əhəng istehsalında 89,6 faiz, tikinti şüşəsinin istehsalında 32,4 faiz, beton istehsalında isə 19 faiz artım qeydə alınıb.