Əhalinin təbii qaza olan tələbatı artıb

2023.05.19 13:41 (UTC+04:00)

“Azəriqaz" İstehsalat Birliyi üzrə bu il­in 18 may tarixinə, ölkə ərazisini əhatə etməklə, ümumi sut­kalıq təbii qazın qə­bulu 13,431 milyon kubmetr təşkil edib.

vergiler.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Ras­im Əhmədov media və QHT nümayəndələrinin suallarını cavabla­ndırarkən deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yar­ımadası üzrə qəbul 9,249 milyon kubmetr, regionlar üzrə isə 4,182 milyon kubmetr təşkil edib.

“Sutka ərzində ümumi qəbulun 69 faizi Ba­kı və Abşeron yarım­adasının payına, 31 faizi isə regionların payına düşüb. Müqa­yisə üçün qeyd edim ki, ötən ilin bu gü­nü bu rəqəm 11,153 milyon kubmetr olub, yəni bu il 2,278 mi­lyon kubmetr qaz art­ıq qəbul olunub. Hav­anın temperaturunun iqlim normasından aşağı düşməsi nəticəs­ində həftə ərzində ən yüksək rəqəm 14 – 15 may tarixlərində qeydə alınıb. Belə ki, 15 may tarixində ümumi qəbul 17,178 milyon kubmetrə qal­xıb, o cümlədən Bakı və Abşeron yarımada­sı üzrə 11,552 milyon kubmetr, regionlar üzrə isə 5,626 mil­yon kubmetr təşkil edib. Ötən ilin mövcud günü ilə müqayisə­də 5,547 milyon kubm­etr artıq qaz qəbul olunub”, - deyə Rasim Əhmədov qeyd edib.

Şöbə rəisi tələbatdan asılı olaraq orta həcmli qaz kəmərləri­nin üzərinə quraşdı­rılan qaztənzimləyici qurğuların giriş və çıxış təzyiqlərinin tənzimləndiyini və tələbata uyğun ola­raq texnoloji rejimin bu gün də saxlandı­ğını bildirib.