Bu ilin yanvar-aprel aylarında ölkə üzrə quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib.
“vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13 faiz artıb, yun istehsalı isə 4,3 faiz azalıb.