Azərbaycanın Avropa ölkələri ilə ticarət dövriyyəsi artıb

2023.05.18 12:14 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 277 967,39 min ABŞ dolları və ya 15,6 faiz artaraq 9 475 413,78 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Aİ ölkələrinə 8 460 125,79 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 901 643,23 min dollar və ya 11,9 faiz çoxdur.

Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 58,9 faiz və ya 376 324,16 min dollar artaraq 1 015 287,99 min dollar təşkil edib.

Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 53 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,3 faiz bəndi çoxdur.