Xarici ticarətdə 7,2 milyard dollarlıq müsbət saldo yaranıb

2023.05.18 11:43 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17 882,67 milyon ABŞ dolları təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 018,76 milyon dollar və ya 12,7 faiz çoxdur.

Cari ilin ilk dörd ayında ixrac əməliyyatları 12 584,81 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 761,43 milyon dollar (6,4 faiz) çoxdur.

Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 257,33 milyon dollar (31,1 faiz) artaraq 5 297,86 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarətində 7 286,95 milyon dollar məbləğində müsbət saldo yaranıb.