Paytaxt əhalisinə 1,6 milyard manatlıq ödənişli xidmət göstərilib

2023.05.17 17:11 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3 faiz artaraq 1639,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən “vergiler.az”a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1250,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib.