Növbəti hərracda 13 nəqliyyat vasitəsi və texnika satılıb

2023.05.17 16:04 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 16-da keçirilən özəlləşdirmə hərracına çıxarılan nəqliyyat vasitələrinə və texnikaya (buldozer) ümumilikdə 38 sifariş qəbul edilib, hərracda 13 nəqliyyat vasitəsi və texnika (buldozer) satılıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, budəfəki hərracda “Buldozer T-130” markalı texnikaya maraq daha çox olub. Belə ki, buldozerin ilkin satış qiyməti 2.000 manat olsa da, ən son təklif 4.800 manata yüksəlib. Bundan başqa, 700 manat ilkin satış qiyməti ilə təklif edilən “QAZ 66-11” markalı nəqliyyat vasitəsi 2.500 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/34SEsp linki vasitəsilə tanış olmaq mümkündür.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərraclar 23 və 30 may tarixlərində keçiriləcək.